15 yaşlı qız özünü dənizə atdı - Polis xilas etdi


11:20     27 Noyabr 2019 19_11_27_1574839423.jpg

Noyabrın 26-da saat 11 radələrində Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədilə «Bakı Ağ Şəhər Bulvarı» ərazisində özünü dənizə atıb.

Bu barədə Femida.az-a Bakı şəhər prokurorluğundan məlumat verilib.

Həmin ərazidə xidmət aparan polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində İlahə Avcı dənizdən çıxarılaraq dərhal tibbi yardım göstərilməsindən ötrü Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılıb.

Hazırda İlahə Avcının səhhəti normaldır.

Faktla əlaqədar Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər: #intihar   #prokurorluq  

Oxunub: 946