Valideynlərin soyadı müxtəlif olduqda uşağa kimin soyadı verilməlidir? - HÜQUQİ YARDIM


11:30     27 Noyabr 2019 2019/11/baby12_1574839848.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bu dəfə təqdim etdiyimiz mövzu uşağın valideynlərinin soyadlarının müxtəlif olduğu halda uşağa kimin soyadı verilməsi barədədir.

Mövzu ilə bağlı Femida.az -a açıqlama verən hüquqşünas Nemət Ağalarov bildirib ki, valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur.





Hüquqşünasın sözlərinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qaydasının 4-cü maddəsinə uyğun olaraq uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir.
Əgər, uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir.
Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur.


Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #hüquqi_yardım   #vəkil   #hüquqşünas   #xəbərlər  

Oxunub: 1728