Ali Məhkəməninin sədri vətəndaşları qəbul edəcək


11:59     27 Noyabr 2019 2019/11/ramiz-rzayev_1574841977.jpg

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev noyabrın 29-da Bərdə rayonunda vətəndaşları qəbul edəcək.


Femida.az xəbər verir ki, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulu Bərdə Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Bərdə şəhəri, Gəncə küç., 45) saat 11:00 başlanacaq. Vətəndaşlar qəbula Ali Məhkəmədə, Bərdə Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420əlaqə nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Femida.az

Açar sözlər: #Bərdə   #Qəbul  

Oxunub: 885