Əmtəə nişanı və ya coğrafi göstərici dövlət qeydiyyatına necə alınır? - QAYDALAR


12:43     27 Noyabr 2019 19_11_27_1574844329.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bu dəfə təqdim etdiyimiz əmtəə nişanının qeydiyyata alınması ilə bağlıdır.

Əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).


Vətəndaş əmtəə nişanı və ya coğrafi göstəricinın dövlət qeydiyyatına alınması ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edir. Sorğu qəbul edildikdən sonra dərhal qeydiyyata alınır və baxılması üçün Patent şöbəsinə təqdim edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim edildikdən sonra, əmtəə nişanı və coğrafi göstərici dövlət reyestrində qeydiyyata alınır və bu barədə istifadəçiyə dərhal məlumat verilir. Əmtəə nişanı və coğrafi göstəricinin qeydə alınması haqqında şəhadətnamə istifadəçiyə şəxsən təqdim olunur.


Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 954


Oxşar xəbərlər