Bakı sakinindən hədələyib 7000 manat tələb edən şəxslər saxlanıldı


13:54     27 Noyabr 2019 2019/11/ec9fbdbf-93e8-48ee-8093-6339d4a0ddfd_1574848657.jpg


Bakı sakinindən hədə-qorxu ilə 7000 manat tələb edilən digər şəxslər də saxlanılıb.


Femida.az-ın xəbərinə görə, hadisə noyabrın 18-də paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini E.Məmmədovdan bir qrup naməlum şəxs onu hədələyib 7000 manat pul tələb edib.

Daha sonra o, hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ş.Yusifov, R.Əliyev, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş L.Dadaşzadə və Şərur rayon sakini Əmrah Nağıyev saxlanılıb.

Daha sonra qrupun digər üzvləri - 1989-cu il təvəllüdlü N.Eminov, Tərtər rayon sakini, 1985-ci il təvəllüdlü S.Abbasov və Masallı rayon sakini, 1995-ci il təvəllüdlü R.Quliyev də tutulub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 458