Dövlət Komitəsi “Space” televiziyasını məhkəməyə verib


14:51     27 Noyabr 2019 2019/11/63b2b792-1373-4947-98b2-4a67e989bd47_1574851957.jpg

Əmlak Məsələləri Dövlət Komitəsi “Space” Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə qarşı borc tələbi ilə bağlı iddia qaldırıb.


Femida.az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə edilən müraciətdə icarə müqaviləsi üzrə ümumilikdə 25 min 229 manat borcun "Space"dən tutulması istənilib.

Hakim Aytən Oruczadə sadələşdirilmiş icraat qaydasında baxılması üçün verilən ərizənin qəbulundan imtina edilməsi barədə qərar qəbul edib.

Belə ki, mülki prosessual qanunvericiliyə əsasən, 2 min manatdan 10 min manatadək olan mülki işlər üzrə iddialara (kiçik iddialar) sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

Sözügedən iddiada cavabdehdən tələb olunan pul məbləği ümumilikdə 26.229 manat təşkil etdiyi üçün ərizə iddia icraatı qaydasında verilməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 560