Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək


15:29     27 Noyabr 2019 emlak_meseleleri_komitesi_0512151.jpg

Prezident İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov noyabrın 28-də Sabirabad rayonunda vətəndaş qəbulu keçirəcək.


Komitədən Femida.az-a bildirilib ki, qəbul saat 10:00-da Sabirabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq. Qəbulda yuxarıda qeyd olunan rayondan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin “[email protected]” elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105); Əlaqədar şəxs: Samir Salıfov – (050) 800-50-65; Əmlak Məsələləri Dövlət Komitəsinin Şirvan ərazi şöbəsi: (02121) 5-27-98, (02121) 5 45 70; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi: (02121) 5-52-45, (02123) 5-62-47.

Femida.az

Açar sözlər:

Oxunub: 570