Məhkumluq haqqında arayışı hardan və necə almalı? - HÜQUQİ MAARİFLƏNİDRMƏ


16:00     27 Noyabr 2019 19_11_27_1574856039.jpg


Məhkumluq haqqında arayışı verən orqan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidir. Bu arayış Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində məhkumluğun olması (olmaması) barədə verilir.

Femida.az xəbər verir ki, xidmətin yalnız xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması ilə həyata keçirilir. Sözügedən arayış 1 iş günü ərzində verilir. Bunun üçün hər hansı rüsum tələb olunmur. Arayışı almaq üçün DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi, şəhər, rayon polis idarə və şöbələri ilə yanaşı, "ASAN xidmət" mərkəzlərinə də müraciət etmək olar.

Ərizəçi tərəfindən məhkumluğun olub-olmaması barədə arayışın alınması üçün təqdim edilən sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, göstərilənlər sənədlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə, müraciətin yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə məlumat verilir. Arayış üçün tələb olunan sənədlər aşağıdakılardır:

- Şəxsiyyəti təsdiq edən sənəd
- Ərizə


Vətəndaş məhkumluq barədə arayışı almaq üçün şəxsən müraciət edə bilmirsə, etibarnamə vasitəsi ilə başqa şəxs ala bilər. Yetkinlik yaşına çatmayana, qəyyumluq və himayəçilik təyin olunmuş şəxslərə arayış onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizələrinə əsasən verilir.

Müraciət etmiş şəxsin məhkum olması müəyyən edildikdə müvafiq arayış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-83-cü və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir. Şəxsin məhkum olması və olmaması barədə arayışlar yalnız Azərbaycan Respublikasının dövlət dilində verilir. Orqan rəhbərliyi («ASAN xidmət» mərkəzində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi) tərəfindən imzalanmış arayış qeydiyyatdan keçirilir və gerbli möhürlə təsdiqlənir.

Yaranan mübahisələrlə bağlı şəxs Daxili İşlər Nazirliyinə inzibati qaydada şikayət edə bilər. Şikayətə 1 ay müddətində baxılır.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #məhkum   #arayış   #DİN   #ASAN   #Xidmət  

Oxunub: 4919