Astara polisləri qan verdi


16:23     27 Noyabr 2019 19_11_27_1574857455.jpg

Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqlarının iştirakı ilə Astara Mərkəzi Rayon Xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, “Qan ver, yaşat!” devizi ilə reallaşan aksiyada Astara Rayon Polis şöbəsinin şəxsi heyəti fəal şəkildə iştirak edib. Onlar bu cür xeyirxah və nəcib aksiyalarda iştirak etməyin bir vətəndaşlıq borcu olduğunu hesab etməklə talassemiyadan əziyyət çəkən uşaqlara öz dəstək və diqqətlərini nümayiş etidirblər. Polis əməkdaşları tibbi müayinədən keçdikdən sonra qan veriblər.

Qeyd edək ki, yığılan qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Femida.az

Açar sözlər: #Astara   #polis  

Oxunub: 905