Türkiyədə ikinci “Ayla” dramı - FOTO


14:31     23 Noyabr 2015 minik-siginmaci-sena-nin-sonu-da-aylan-gibi-oldu-7899598_7991_m.jpg

Bodrum sahillərindəki qayaların arasında sıxışıb qalan 4 yaşlı qız uşağının meyiti bütün Türkiyəni göz yaşına boğdu.


Üzərindəki geyimi ilə Aylanın meyitini xatırladan həmin görüntü suriyalı qaçqınların yaşadığı dramı bir daha ortaya qoydu.

Bodrumda balıq tutan bir qrup şəxs qayalıqların arasında cəsəd sıxışıb qaldığını görürlər. Bu zaman balıqçılar dərhal hüquq-mühafizə orqanlarına məlumat verirlər.

Aparılan xilasetmə əməliyyatının ardından Sena ilə bərabər daha 8 qaçqının meyiti tapıldı. Ən dəhşətli məqam isə 4 yaşlı qızcığazın qayalıqların arasında sıxışıb qalan meyiti idi. Senanın meyiti bir neçə ay bundan əvvəl dalğaların Bodrum sahillərinə vurub çıxardığı və dünya ictimaiyyətini bir daha düşünməyə vadar edən Ayla faciəsini xatırlatdı.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2476