Şəxsiyyət vəsiqəsini almaq üçün hansı sənədlər tələb olunur? - SİYAHI


18:58     27 Noyabr 2019 19_11_27_1574861314.jpg

16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi qanuni nümayəndəsi müraciət etdikdən sonra aşağıdakı sənədlər əsasında verilir:
- Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
- Doğum haqqında şəhadətnamə;
- Qan qrupu haqqında tibbi arayış və ya Elektron Sağlamlıq Kartı;
- 14 yaşı tamam olmuş şəxs barəsində yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
- Qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd. 16 yaşı tamam olmuş vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir:
- Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır) (ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən göstərilən ərizə bir qayda olaraq valideynlərdən biri və ya qanuni nümayəndəsi ilə birgə imzalanır);
- Şəxsiyyət vəsiqəsi (olduğu halda) və doğum haqqında şəhadətnamə; - Şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə, nikahın bağlanması haqqında şəhadətnamə, nikah pozulduqda nikahın pozulması haqqında şəhadətnamə; - Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
- Tibbi arayış (qan qrupu, boyu, gözün rəngi);
- 2 ədəd fotoşəkil (bir neqativdən eyni ölçüdə çıxarılmış (rəngli 3x4), sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkil);
- Dövlət rüsumunun ödənilməsi barədə sənəd; - Şəxsiyyət vəsiqəsini almaq üçün şəxsin qanuni nümayəndəsi ərizə ilə müraciət etdikdə, qanuni nümayəndənin (valideynlərinin) hüquqlarını təsdiq edən sənədi; - İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet (çağırışçılar və hərbi vəzifəlilər).

Femida.az

Açar sözlər:

Oxunub: 2110