DİN məlumat yaydı: Ruhi əsəb xəstəsi olan kişi özünü binadan atıb


17:31     27 Noyabr 2019 DİN.jpg

Daxili İşlər Nazirliyi (DİN) Tərtərdə baş verən intihara cəhd faktına aydınlıq gətirib.



DİN-in Bərdə regional qrupunun baş inspektoru polis baş-leytenantı Aslan Qiyaslı Femida.az-a açıqlamasında bildirib ki, noyabrın 27-də günorta saatlarında Tərtər rayonunun Yeni qəsəbəsində müvəqqəti məskunlaşan, Kəlbəcər sakini, 1994-cü il təvəllüdlü Əli Məmmədov həyat yoldaşı ilə aralarında yaranmış ailə münaqişəsi zəminində sərxoş vəziyyətdə özünü yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanından yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə.Məmmədov Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Ə.Məmmədov 2013-cü ildən ruhi əsəb xəstəlikləri dispanserində qeydiyyatdadır.


Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 517