Rusiyalı rəsmilər Ali Məhkəmədə


17:55     27 Noyabr 2019 19_11_27_1574862969.jpg


Ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Ali Məhkəməsi yanında Məhkəmə Departamentinin nümayəndə heyəti noyabrın 27-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev ilə görüşüb.


Ali Məhkəmənin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə R.Rzayev Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib, bütün bunların insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət etdiyini vurğulayıb.

Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edildiyi, hakim vəzifəsinə seçim prosedurlarının müasir standartlara uyğunlaşdırıldığı qonaqların diqqətinə çatdırılıb.

Söhbət zamanı Rusiya Federasiyası Ali Məhkəməsi yanında Məhkəmə Departamentinin nümayəndə heyətinin üzvlərini maraqlandıran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Həmçinin əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi barədə razılığa gəlinib.

Rusiyalı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, Məhkəmə tarixi muzeyinə baxıblar.

Femida.az

Açar sözlər: #Ali   #Məhkəmə  

Oxunub: 1558