Narkomanlığa qarşı mübarizə mövzusunda tədbir təşkil olunub


21:00     27 Noyabr 2019 2019/11/1E834ACA-5171-4B28-ACDE-5332E7B73B1E_1574873331.jpeg

Noyabrın 27-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı İsmayıllı Peşə Tədris Mərkəzində maarifləndirmə tədbiri keçirib.



Komissiyanın İşçi qrupundan Femida.az-a bildiriblər ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, rayon polis şöbəsinin rəisi, rayon prokuroru, rayon komissiyasının üzvləri, müəllimlər və metodistlər, həmçinin peşə tədris mərkəzinin tələbələri iştirak ediblər.

Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, şəhər və rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması və belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.
Eyni zamanda, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 562