Azərbaycanda yeni vəkil büroları təsis edildi


21:37     27 Noyabr 2019 2019/11/A2E867B6-4B2C-436F-AF4F-65EF7D1DEDD2_1574880379.jpeg


Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Femida.az xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, o cümlədən vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanlarının gedişatı barədə məlumat verib.

İclasda “Vəkillərə (müdafiəçilərə) dövlət hesabına göstərilən hüquqi yardım haqqının Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə Təlimat” layihəsinin ilkin müzakirəsi keçirilmişdir, habelə “Vəkillərin futbol liqası turniri”nin Əsasnaməsi təsdiq edilib.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılmış, bundan başqa, Balakən və Qazax rayonlarında vəkil bürolarının təsis edilməsi ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar verilib.

İclasda həmçinin vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillərin növbətçilik siyahıları təsdiq olunub.

İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Femida.az

Açar sözlər: #Vəkillər_Kollegiyası  

Oxunub: 1136