Borclu icra prosesi zamanı özünə xəsarət yetirərsə icra məmuru məsuliyyət daşıyırmı? - Rəsmi şəxsdən cavab (VİDEO)


09:38     28 Noyabr 2019 2019/11/icra-memuru3_1574919642.jpg

Ədliyyə Nazirliyi ilə İctimai Televiziya ilə əməkdaşlıqda "Qanundan kənar" verilişində yayımlanan "İcra məmuru" rubrikasında məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə məşğul olan icra məmurlarının işindən bəhs olunub.



Femida.az xəbər verir ki, verilişdə qanunsuz olaraq tikinti aparan sahibkar Cavid Tağıyevə məxsus obyektinin sökülməsi əks olunub. Bu zaman borclu şəxs qarşı tərəfi və vəzifəli şəxslərə hədə-qorxu gəlib. Buna baxmayaraq icra prosesi davam etdirilib. Verilişdə həmçinin əhalinin hüquqi maarifləndirilməsinə də yer ayrılıb.

Qətnaməni icra etməkdən imtina edən borclu icra prosesi zamanı özünə xəsarət yetirərsə icra məmuru məsuliyyət daşıyırmı?

Sualla bağlı açıqlama verən İcra Baş İdarəsinin aparıcı məsləhətçisi Rüstəm Rəhimov bildirib ki, bu kimi hallara az da olsa təsadüf olunur. Rüstəm Rəhimovun sözlərinə görə, onlar bu kimi halların baş verəcəyini əvvəlcədən ehtimal etdiklərindən əraziyə polis əməkdaşları cəlb olunur. Aparıcı məsləhətçinin sözlərinə görə, icra prosesi zamanı borclu şəxs özünə xəsarət yetirərsə bu zaman icra məmuru məsuliyyət daşımır və icra prosesi dayandırılmır.

Mövzu ilə bağlı ətraflı videonu təqdim edirik:




Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #Ədliyyə_Nazirliyi   #İcra_məmuru   #xəbərlər  

Oxunub: 2650