Sürücülərin bilməli olduğu vacib məlumatlar: Qəzalardan qorunmaq üçün bunlara əməl edin!


11:28     28 Noyabr 2019 2019/11/24e9b1_1574926107.jpg

Azərbaycanda baş vermiş qəzaların nəticələrinin təhlili zamanı müəyyən olur ki, qəzalara səbəb bir çox hallarda sürücülərin qaydaları bilməməsi ilə bağlıdır.


Femida.az bununla bağlı əhali üçün hüquqi maarifləndirmə yazısını təqdim edir.

Qəzaların baş vermə halları zamanı sürücülərin düzgün dönmə və manevr etmə qaydalarına riayət etməməsi məlum olur.

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki:


1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq;

2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir;

3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir.


Relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır.

Ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər.

Hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır.

Ötmə:

1) nizamlanan yolayrıclarında - əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında - baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə);

2) piyada keçidlərində - piyadalar olduqda;

3) dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda;

4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini;

5) yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində - əks istiqamətli hərəkət zolağına çıxmaqla;

6) tunellərdə qadağandır.


Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #hüquqlar   #Yol_qaydaları   #sürücülük  

Oxunub: 1116