Bu şəxslər ƏDV ödəyicisi ola bilərmi?
11:35 28 Noyabr 2019
Müntəzəm qaydada sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxs ƏDV ödəyicisi ola bilərmi?
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən Femida.az-a verilən məlumata görə, Vergi Məcəlləsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan ərazisində sərnişin, yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirənlər aşağıdakı tələblərə cavab verdiyi halda, ƏDV qeydiyyatına alına bilərlər:
• göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edənlər və ödəyənlər;
• digər vergiödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə olunması üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirənlər;
• göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edənlər.
Femida.az
Oxunub: 562
Oxşar xəbərlər
- Vergilər Nazirliyi sahibkarlara ixtisarlarla bağlı xəbərdarlıq edib
- Vergilər Nazirliyi bu xidmətlərə 7 milyon manat xərcləyəcək
- Naxçıvanda Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilib
- Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib
- Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib
- Vergilər Nazirliyi ləğv edildi - Bu qurumlar birləşdirildi
- Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% artıb
- Vergilər Nazirliyinin büdcə öhdəliyi 8% artırılır
- Vergilər Nazirliyinin saytı yeniləndi
- Vergilər Nazirliyində bu struktur dəyişdirildi