Prokuror Eldar Mahmudovun əmisi oğluna cəza istəyib


13:56     28 Noyabr 2019 eldar%20m7.jpg


Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.


Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Dövlət Təhülkəsizliyi Xidmətnin (DTX) təqsirləndirilən şəxsə qaldırmış mülki iddianı geri çəkdiyi və hər hansı tələbinin olmadığı elan edilib.

Prosesdə məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı çıxış edib.

Prokuror Vüqar Mahmudovun 4 il azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxsin vəkili çıxışında müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Vüqar Mahmudov son söz deməkdən imtina edib.

Məhkəmə hökm çıxarmaq üçün müşavirəyə çıxıb. Hökm saat 16:00-da elan ediləcək.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudov hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş var. Həmin şəxslərdən biri "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovdur. Digər zərərçəkmişlər isə general Akif Çovdarov və Elçin Quliyevin cinayət işində zərərçəkmiş qismində tanınan şəxslərdir.

Femida.az

Açar sözlər: #məhkəmə   #Eldar   #Mahmudov   #prokuror   #femida  

Oxunub: 640