Vəkillər Kollegiyasında görüş keçirilib - FOTOLAR


14:55     28 Noyabr 2019 2019/11/IMG_3322(1)_1574938550.jpg

Bu gün Qazaxıstan Parlamentinin, Ali Məhkəməsinin, Baş Prokurorluğunun yüksək səviyyəli təmsilçiləri Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında olmuşlar.

Femida.az xəbər verir ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) təşkilatçılığı ilə keçirilən görüşün məqsədi Azərbaycanın inzibati icraat və inzibati proses sahəsində islahatları ilə tanış olmaq və görülmüş işlərə Azərbaycan vəkillərinin münasibətinin öyrənməkdir.

Qonaqları salamlayan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov ölkəmizdə vəkillərin inzibati icraat və prosesdə müdafiə işinin qurulması təcrübəsi, vəkillərin bu sahədə ixtisaslarının artırılması və sair digər məsələlər barədə məlumat vermişdir.

Görüşdə Qazaxıstan Ali Məhkəməsinin ixtisaslaşdırılmış kollegiyasının sədri Aygül Kıdırbekova, Qazaxıstan Parlamentinin deputatı Kanatbek Safinov, Qazaıstan Baş porkurorluğunun nümayəndəsi Bolat Tazabekov və digər qonaqlar iştirak etmişlər.

Daha sonra Azərbaycan vəkilləri ölkəmizdə inzibati proses üzrə öz təcrübələrini qonaqlarla bölüşmüşdür.





Femida.az

Açar sözlər: #Vəkillər_Kollegiyası  

Oxunub: 1418