Prezident iş adamlarının həbsindən danışdı


14:34     21 May 2015 prezident%20is%20adamları.jpg

“Son vaxtlar böyük pozuntularla bağlı bir neçə iş adamı məsuliyyətə cəlb edilib. Nəyə görə? Ona görə ki, öz məsuliyyətlərini dərk etməmişlər, dövlət əmlakını talamışlar, dövlət vəsaitini oğurlamışlar”.


Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonunda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının iclasında deyib.

Prezidentin sözlərinə görə, Azərbaycanda toxunulmaz insan yoxdur:

“Cinayət törədibsə, məsuliyyət də olmalıdır. Mən dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər, onlar özləri, ailə üzvləri qanunu pozmasınlar. Amma nə görürəm? Yenə də mənim göstərişlərimi icra etməyənlər var və nəticə nə olur? Onlar özləri də bədbəxt olurlar. Azərbaycan ictimaiyyəti də hər şeyi bilir. Heç kim qanundan kənarda qala bilməz”.

Dövlət başçısı qeyd edib ki, vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər: “Əfsuslar olsun ki, onlara himayədarlıq edən dövlət məmurları da var ki, onları məsuliyyətdən yayındırmaq üçün min cürə əməldən çıxır. Mən demişəm, burada oturanlar mənim mövqeyimi bilir. Bir adam məsuliyyətdən qaça bilməz. Xüsusilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətli olmalıdırlar. Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə, get cəzasını çək”.

Açar sözlər:

Oxunub: 513