Eldar Mahmudovun əmisi oğlu azadlığa buraxılıb


18:21     28 Noyabr 2019 19_11_28_1574945182.jpg

Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az -ın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökm əsasən Vüqar Mahmudov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, istintaq dövründə cəza müddətini çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdə həmçinin qeyd edilir ki, V. Mahmudova məxsus əmlaklar müsadirə olunub.

Açar sözlər:

Oxunub: 481