Azərbaycanlı hakim Çexiya parlamentində çıxış edib


19:12     28 Noyabr 2019 2019/11/15749242081969764915_1000x669_4724842248.jpeg

Çex Respublikasının məhkəmə sisteminin səmərəliliyi və keyfiyyəti ilə bağlı bu ölkənin parlamentində deputatların, məhkəmə sədrlərinin, hüquq ictimaiyyətinin digər nümayəndələrinin iştirakı ilə geniş iclas keçirilib.

Femida.az xəbər verir ki, tədbirdə Çexiya Parlamentinin Hüquq və konstitusiya məsələləri üzrə komitəsinin sədri Miroslav Antl, Ədliyyə naziri xanım Marie Beneşova, Konstitusiya Məhkəməsinin sədri Pavel Riçetski, Ali Məhkəmənin sədri Pavel Şamal, Çexiya Hakimləri Assosiasiyasının sədri xanım Niovi Rinqu və digər məsul şəxslərin məruzələri dinlənilib.



Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti həmyerlimiz Ramin Qurbanov parlamentin üzvləri qarşısında çıxış edərək Çexiya məhkəmə sisteminin səmərəliliyi, mövcud olan müsbət və mənfi hallar, qarşıda duran vəzifələr, təkmilləşdirilməsinə ehtiyac duyulan sahələrdən danışıb.



R.Qurbanov çıxışında Çexiya məhkəmə sisteminin məhsuldarlıq göstəricilərini Avropanın digər dövlətlərinin müvafiq göstəriciləri ilə müqayisə edərək bildirib ki, Çex Respublikasının inzibati ədliyyə sahəsində məhkəmə işlərinin vaxtında həll olunması ilə bağlı ciddi pozuntular müşahidə olunsa da, mülki və kommersiya işlərinin həllində Çexiya Avropa İttifaqının 28 üzv dövləti sırasında yeddinci yerdədir.

CEPEJ-in rəhbəri Çexiyanın Ədliyyə naziri, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin sədrləri ilə ikitərəfli görüşlər keçirib.



Femida.az

Açar sözlər: #Hakim   #Məhkəmə  

Oxunub: 579