Sürücüyə xəsarət yetirən qardaşların məhkəməsi başlayır


19:27     28 Noyabr 2019 mehkeme%20tutulub.jpg

Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Xaqani Ağayev və Aqil Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az-ın xəbərinə görə, cinayət işi baxılması üşün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əfqan Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında baş verib. Ayxan Yaradanquliyev şəxsi avtomobili ilə hərəkət edən zaman Masallı rayon sakinləri olan iki qardaş - Xəqani Ağayev və Aqil Ağayev avtomobillə onun qarşısını kəsərək maşından düşürüblər. Tərəflər arasında münaqişə zəminində qardaşlar bıçaqla A.Yaradanquliyevə bir neçə zərbə endiriblər.

İlkin məlumata görə, tərəflər arasında mübahisə ötmə əməliyyatına görə yaranıb.

Ağayev qardaşlarına Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər: #Bakı   #Həbs   #Hökm   #Məhkəmə  

Oxunub: 501