Sevgilisini qətlə yetirən şəxs saxlanıldı - VİDEO


09:55     29 Noyabr 2019 2019/11/1574976787465_VEKvvajI_1575004918.jpeg

Bakıda qadın ürəyindən bıçaqlanıb.

Bakıda qeyr-rəsmi nigah münasibətində olduğu qadını bıçaqlayan şəxs saxlanılıb.

Femida.az xəbər verir ki, noyabrın 28-də saat 23 radələrində 1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən “Bilyard” çay evinin qarşısında qeyri-rəsmi nikah münasibətində olduğu 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqançlıq zəminində 5 bıçaq zərbəsi vurub.

Qadın aldığı bıçaq zərbələri nəticəsində ölüb.

S.Məmmədov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.




Femida.az

Açar sözlər: #qətl  

Oxunub: 1190