Abşerondakı silahlı insidentlə bağlı cinayət işi açıldı


09:20     29 Noyabr 2019 2019/11/abseron-proku_1575005145.jpg

Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə Pirəkəşkül qəsəbəsində yerləşən Avropa kafesində qeydə alınıb.

Abşeron rayon sakini, 1984-cü il təvəllüdlü Orxan Gərayov şəxsi münasibətlər zəmində 1981-ci il təvəllüdü Kamran Xəlilovu "Makarov" tipli tapança ilə güllələyib/

K. Xəlilov xəstəxanaya çatdırılsa da, orada ölüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər: #Abşeron   #Polis   #İnsident  

Oxunub: 742