Ağcabədidə baş verən yol qəzasında iki nəfər yanaraq ölüb


10:30     29 Noyabr 2019 19_11_29_1575009059.jpg

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Ağcabədi rayonunun Avşar kəndində “VAZ” markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən birinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 515