Ədliyyə Nazirliyində yenilik: Vətəndaşların virtual qəbulu keçirildi


10:43     29 Noyabr 2019 2019/11/78050067_1306771252861132_3808497425786601472_o_1575009889.jpg


Azərbaycan Respublikası Prezidentinin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq, vətəndaşların nazirlikdə, bölgələrdə və müasir İKT-lər tətbiq olunmaqla virtual qəbul məntəqələri vasitəsilə qəbuluna xüsusi önəm verilir.

Femida.az xəbər verir ki, Nazirliyin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəhbərliyi tərəfindən Gəncə, Şirvan, Şəki və Xaçmaz regional ədliyyə idarələri ilə video-konfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün video-qəbul keçirilib.

Video-qəbulda vətəndaşların penitensiar xidmətin fəaliyyəti, məhkumları vaxtından əvvəl şərti azad etmə institutunun tətbiqi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerindəcə həll olunub, qanunvericiliyin tələbləri ətraflı izah olunub, digər müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Femida.az

Açar sözlər: #Ədliyyə_Nazirliyi   #xəbərlər  

Oxunub: 1546