Gəncə Hava Limanı yaxınlığında 31 ədəd təlimə yararsız bomba tapılıb


11:58     29 Noyabr 2019 anama51.jpg

Gəncədə hərbi sursat tapılıb.


Femida.az-ın məlumatına görə, şəhərin Poçt qəsəbəsi Gəncə Hava Limanın yaxınlığında hərbi sursat tapılması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal hadisə yerinə ANAMA və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları çıxıb. Əraziyə baxış keçirilərkən 31 ədəd təlimə yararsız təlim bombası aşkar olunub.

Açar sözlər:

Oxunub: 704