Polisdən əməliyyat: Maskalı şəxslər tutuldu
12:22 29 Noyabr 2019
Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən köşklərdən birinə basqın edilib.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, naməlum maskalı şəxslər obyektə daxil olaraq satıcıya bıçaqla hədə-qorxu gələrək 800 manat və 1000 manat dəyərində mobil operatorlara məxsus danışıq kartları ələ keçiriblər. Faktla bağlı məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.
Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Altan Ağamalıyev və Lerik rayon sakini Firuz Qasımlı saxlanılıblar. Onların üzərlərinə baxış keçirilən zaman köşkdən ələ keçirdikləri danışıq kartları, yaşadıqları mənzillərdən isə cinayət zamanı istifadə etdikləri papaqlar, əlcəklər və bıçaq aşkar olunaraq maddi sübut kimi götürülüb. Qeyd edək ki, Altan Ağamalıyev əvvələr həmin köşkdə satıcı işlədiyindən cinayət törətmək təklifini də əvvəlcə o edib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
Oxunub: 520
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"