Azərbaycandan humanist addım: Zəlzələdən əziyyət çəkən ölkəyə yardım edildi


16:04     29 Noyabr 2019 19_11_29_1575029130.jpg

Nazirlər Kabineti “Albaniya Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə vəsait ayrılması barədə” sərəncam verib.



Femida.az -ın məlumatına görə, sərəncamda qeyd edilib ki, cari ilin 26 noyabr tarixində Albaniya Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 500 000 avronun manat ekvivalenti məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Qeyd edək ki, Albaniyada baş verən 6,4 bal gücündə zəlzələ zəlzələ nəticəsində 50-dək insan ölüb. Xeyli sayda insan dağıntılar altında qalıb. Axtarış-xilasetmə işləri davam edir.

Açar sözlər:

Oxunub: 591