Döyülən, aliment ala bilməyən qadınlar... - Nazirlik onlara yardım edəcək
16:20 29 Noyabr 2019

Ədliyyə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu rayonda yaşayan qadınlarla görüş keçirilib.
Femida.az xəbər verir ki, görüş zamanı qadınlar ailə-məişət və sosial məsələlərlə bağlı bir sıra problemlərini diqqətə çatdırıblar.
Nəsimi rayonunda müəllim işlədiyini deyən qadın məhkəmə qərarı olmasına baxmayaraq, mənzilinə çıxarış ala bilmədiyini qeyd edib:
"1962-ci ildə Nəsimi rayonundan mənzil almışıq. 7 il məhkəmələrdə iş getdi. Evə çıxarış ala bilmirəm. Məhkəmə qərarı olmasına baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və İcra Xidməti qərarın icrasını təmin etmir. Evdə də qanuni qeydiyyatdayıq".
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova vətəndaşın sualını cavablandırıb. O, bildirib ki, bəzən məhkəmələr qərarın icrasını İcra Baş İdarəsinə deyil, birbaşa həmin işə cavabdeh quruma yönləndirir. Xanımın şikayəti diqqətə götürülüb və İcra Baş İdarəsinin nümayəndəsinə yönləndirilib.
Daha sonra çıxış edən qadın müəllimə iş yoldaşı tərəfindən aldadıldığını deyib:
"Bir neçə ilə əvvəl müəllim yoldaşı bankdan kredit götürüb və ona zamin dayanmağımı xahiş etdi. Lakin daha sonra krediti ödəmədi və xaricə köçdü. Məhkəmənin qərarına əsasən, kreditin 50 faizini mən ödəməli oldum. Lakin indi bank yerdə qalan məbləğin də mənim tərəfimdən ödənilməli olduğuna dair məktub göndərib. Xahiş edirəm, kömək edəsiz".
Ədliyyə Nazirliyinin rəsmisi Aynur Sabitova bank sektorunun nümayəndələri ilə tez – tez görüşdüklərini və bu məsələni diqqətə çatdıracağına dair söz verib.
Aynur Mirzəyeva adlı xanım ərinin narkotik aludəçisi olduğunu, ona tez-tez fikizi zorakılıq göstərdiyini qeyd edib:
“Ərim Narkoloji Dispanserdə qeydiyyatdadır. Mənə fiziki zorakılıq tətbiq edir. Müalicə alır, işləmir, maddi imkanımız çıx aşağıdır. Mən isə qəza keçirmişəm və ayaqlarım əməliyyat olunmalıdır".
Keçmiş idmançı olan A.Mirzəyevanın problemi Nəsimi İH tərəfindən diqqətə götürülüb. Ona maddi yardım olunacağı və Nəsimi rayonunda yerləşən xəstəxanalardan birində pulsuz əməliyyat ediləcəyi bildirilib.
Bundan başqa bir çox xanım aliment problemi ilə bağlı müraciətlər edib. Problemi olan digər qadınlar müraciətləri yazılı şəkilsə aidiyyatı şəxslərə təqdim edilib.
Amin Nəzərli
Femida.az
Oxunub: 842
Oxşar xəbərlər
- Bakıda DƏHŞƏT: avtomobilin banından qadın meyiti çıxdı
- Bakıda qadın meyiti tapılıb
- Polis əməliyyat keçirdi: Qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
- Bibisinin evindən oğurluq etdirən qadın saxlanılıb
- Polisdən əməliyyat: Qadını döyən sürücü saxlanıldı
- Əcnəbi qadını işə düzəltmək adı ilə aldadıb pulunu mənimsədilər
- 25 yaşlı qadın evində ölü tapıldı
- Beşdən çox uşağı olan qadınlara müavinət necə təyin edilir? - Hüquqi YARDIM
- Qadınların yerli idarəetmədə iştirakı üçün şərait varmı? - Azərbaycanı Avropada təmsil edən bələdiyyə üzvü şərh edir
- İsmayıllıda ana olmağa hazırlaşan qadın dünyasını dəyişib