Şahmar Mövsümov Prezidentin köməkçisi təyin edildi


16:35     29 Noyabr 2019 19_11_29_1575031091.jpg


Azərbaycan Prezidenti İlham Əliyevə yeni köməkçi təyin edilib.


Femida.az xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ş.Mövsümov 15 may 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsinə təyin edilmişdi. O, eyni zamanda Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir.

Femida.az

Açar sözlər: #prezident   #köməkçi   #Şahmar_Möhsümov  

Oxunub: 568