Vəkillər Kollegiyası məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərəcək


16:54     29 Noyabr 2019 19_11_29_1575032287.jpg


Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Vəkillər Kollegiyası hüquqi yardıma ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi üzrə tədbirləri davam etdirir.

Femida.az xəbər verir ki, 7 dekabr 2019-cu il tarixdən başlayaraq hər ayın birinci və axırıncı həftəsinin şənbə günləri, məcburu köçkünlərin kompakt şəkildə məskunlaşdığı yaşayış məntəqələrində vətəndaşların hüquqi maarifləndirilməsi və onlara hüquqi yardım xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

Layihəyə 7 dekabr 2019-cu il tarixdə məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı “Qobu-2” yaşayış məntəqəsində yaşayan v ətəndaşlarımıza hüquqi yardım xidmətlərinin göstərilməsi planlaşdırılıb. Tədbir dekbarın 7-də (Şənbə günü) saat 11.00-dan 14.00-dək keçiriləcək.

Tədbirdə hüquqi maarifləndirmə və hüquqi yardım işi Bakı şəhəri, 20 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkillər tərəfindən göstəriləcək.

Femida.az

Açar sözlər: #vəkil   #kollegiya   #məcburi   #köçkün   #hüquq   #yardım   #femida  

Oxunub: 888