Bahar Muradova yeni Ombudsman barədə: "Parlament əhəmiyyətli addım atdı"


19:46     29 Noyabr 2019 2019/11/d8d9599b-a980-452c-ab53-1c117a5ce152_1575034127.jpg

"Bu gün Azərbaycan Milli Məclisi müstəqillik tariximizin nailiyyətlərindən biri sayılan İnsan Hüquqları üzrə Müvəkkil institutunun həyatında növbəti əhəmiyyətli addımı atdı".


Femida.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib.

"Dönəm etibarı ilə üçüncü, Ombudsman olaraq isə ikinci seçimi təsdiq etdi. Uzun illərin təcrübəsi üzərinə enerji, dinamizm və yeni nəfəs gəldi. Deməli, varisliyə əsaslanan inkişaf üçün hər şey var. Çox hörmətli Elmira xanıma, Azərbaycan Respublikasının ilk Ombudsmanına dərin minnətdarlığımı bildirir, Səbinə xanıma isə uğurlar arzulayıram", - B.Muradova vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva Azərbaycanın yeni Ombudsmanı seçilib. Onun namizədliyinin lehinə 104 deputat səs verib.

Xatırladaq ki, bu vaxta qədər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edirdi. E.Süleymanova 2002-ci ildən 2019-cu ilədək Ombudsman olub. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Femida.az

Açar sözlər: #ombudsman  

Oxunub: 736