Azərbaycanla əməkdaşlıq sazişi təsdiqləndi
21:38 29 Noyabr 2019
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xalq Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Femida.az-ın məlumatına görə, fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xalq Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 2019-cu il oktyabrın 26-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Banqladeş Xalq Respublikası Hökumətinə bildiriş göndərəcək.
Femida.az
Oxunub: 477
Oxşar xəbərlər
- Azərbaycanla Ermənistanın dövlət sərhədindəki buraxılış məntəqələri müəyyənləşib
- Azərbaycanla BMT arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqlənib
- Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib
- Azərbaycanla Qətər arasında viza rejimi ləğv olunur
- Azərbaycanla Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr keçirilib
- Azərbaycanla Koreya arasında enerji əməkdaşlığı müzakirə edilib
- Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
- Azərbaycanla BMT arasında bağlanmış sazişin müddəti uzadılır
- Azərbaycanla NATO arasında tərəfdaşlıq məsələləri müzakirə edilib
- Azərbaycanla Türkiyə daha bir memorandum imzaladı