21 yaşlı oğlan intihara cəhd edib - Prokurorluq araşdırma aparır


10:23     30 Noyabr 2019 publika.az1439617124intihar_3f8575766%20(1).jpg

Qax rayonunda 21 yaşlı gənc intihara cəhd edib.


Hadisə noyabrın 29-u axşam saat 23 radələrində rayonun Marsan kəndində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü Heydər Vaqif oğlu Əliyev intihar etmək məqsədi ilə özünü yaşadığı kəndin ərazisində ağacdan asıb. H.Əliyev son anda yaxınlarının köməkliyi ilə xilas edilib.

O, Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər: #İntihar  

Oxunub: 681