İddia ərizəsini elektron qaydada verə biləcəyik


11:04     30 Noyabr 2019 2019/11/photo_119010_1575097570.jpg


Azərbaycanda ilk dəfə olaraq Elektron məhkəmənin mobil versiyası təqdim olunub.

Femida.az xəbər verir ki, təqdimatda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı bildirib ki, “Mobil Elektron Məhkəmə” proqram təminatı ölkəmizdə rəqəmsal transformasiyanın daha bir nümunəsi olaraq ədalət mühakiməsinin formalaşması prosesini sürətləndirəcək. Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə işci qrupunun rəhbəri Ramin Qurbanov isə bildirib ki, “Mobil elektron məhkəmə” vastəsilə məhkəmələrə mobil telefonlardan elektron qaydada iddia ərizələri vermək, sənədlər göndərmək, məhkəmə prosesləri keçirilən vaxt və yer barədə məlumat almaq, həmçinin məhkəmə qərarlarının elektron versiyada əldə etmək mümkün olacaq.

Ramin Qurbanov- “Elektron məhkəmə” İnformasiya Sistemi üzrə işci qrupunun rəhbəri: “Azərbaycan dünya bankının “Doing businnes 2020” hesabatının müqavilələrin icrası üzrə Azərbaycan 190 ölkə arasında 40-cı yerdən 28-ci yerə yüksələ bilmişdir. Bu gün təqdim olunan mobil elektron məhkəmə yeni proqram təminatında ölkə başcısının 3 aprel 2019-cu il tarixli məhkəmə hüquq sahəsində islahatların aparılması fərmanının icrası çərcivəsində təqdim olunur”.

Femida.az

Açar sözlər: #Elektron   #məhkəmə  

Oxunub: 2359