MSK seçki bülletenlərinin çapına başlayıb
11:12 30 Noyabr 2019
Bu ilin 23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin çapına başlayıb.
Bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiya üzvləri bu məqsədlə Milli Məclisinin Mətbəəsində keçirilən tədbirdə iştirak ediblər.
Mətbəədə yaradılan şərait və proseslə yaxından tanış olan sədr Məzahir Pənahov, seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsi üçün öz tövsiyələrini verib.
REKLAM
www.toyota.az
Daha ətraflı
Bütün seçki subyektləri üçün tamamilə açıq və şəffaf həyata keçirilən çap prosesi barədə media nümayəndələrinə açıqlamasında MSK sədri bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib. Seçki keçiriləcək 1606 bələdiyyənin hər biri üçün ayrıca olmaqla, ümumilikdə 5 020 287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) ədəd seçki bülleteninin çap olunması nəzərdə tutulub.
Artıq namizədliyin qeydə alınması mərhələsi tamamilə başa çatmış bələdiyyələr üzrə bülletenlərin çapına başlanılıb. Seçki bülletenləri çap olunduqdan sonra qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına verilir.
MSK sədri kütləvi informasiya vasitələri üçün təşkil olunan brifinqdə bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi üçün həyata keçirilən layihələr və son hazırlıq işləri barədə də ətraflı məlumat verib və jurnalistlərin suallarını cavablandırıb.
Femida.az
Oxunub: 453
Oxşar xəbərlər
- Hesablama Palatası MSK-da pozuntular aşkarlayıb
- Gürcüstanda seçici fəallığı 33,18% olub - MSK
- Gürcüstan MSK-nın sədri istefa verdi
- Ermənistan MSK Köçəryan və Sərkisyanın müraciətini rədd edib
- MSK-ya sədr, sədr müavini seçilib
- Bu gün MSK-nın iclası keçiriləcək, sədr məlum olacaq
- MSK-nın yeni tərkibinin üzvlüyünə namizədlər - SİYAHI
- MSK-nın tərkibi yenidən formalaşdırılır
- MSK-ya ayrılan vəsaitin həcmi və təyinatı məlum olub
- MSK-ya yeni sədr seçildi - Naxçıvanda