Fərdi məlumatların mühafizəsi ilə bağlı yeni qanun layihəsi hazırlanır


11:11     30 Noyabr 2019 2019/11/thumb_1575098258.jpg

“Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ibarət işçi qrup yaradılıb. İşçi qrup tərəfindən yeni qanun layihəsi yaradılır”.



Femida.az
xəbər verir ki, bu sözləri nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə AMEA-da keçirilən “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktik problemləri” V respublika konfransında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, qanun layihəsinə əsasən, vətəndaşlara aid olan fərdi məlumatların informasiya ehtiyatları sistemlərinin respublika ərazisində yerləşdirilməsi yeni şərt olaraq nəzərdə tutulub: “Hazırda qanun layihəsi ölkə daxili razılaşdırma mərhələsindədi və prosses başa çatdıqdan sonra qəbul olunmaq üçün təqdim ediləcək. Qanunun qəbulu ölkədə kibertəhlükəsizliyin gücləndirilməsinə xidmət edəcək. Həmçinin bu qanun şirkətlərin, startapların, həmçinin digər sahlərdə fəaliyyət göstərən qurumların avropa məkanına çıxarılması üçün vacib olan tələbləri müəyyən edəcək”, - deyə o bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1090