Hüquq tələbələri Probasiya xidməti barədə məlumatlandırıldı


14:43     30 Noyabr 2019 19_11_30_1575106380.jpg


Ədliyyə Nazirliyi Probasiya xidmətinin fəaliyyətinə dair Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə keçirilib.

Femida.az xəbər verir ki, tədbirdə nazirliyin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov və Elektron Monitorinq İdarəsinin baş məsləhətçisi Nəvai Əlizadə iştirak ediblər.



Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd olunduğu bu günlərdə keçirilən görüşdə tələbələrə probasiya institutunun mahiyyəti və əhəmiyyəti, bu sahədə görülən işlər, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası mexanizmləri, probasiya əməkdaşlarının vəzifələri, peşə hazırlığı, Probasiya xidmətinin fəaliyyət istiqamətləri, ictimai işlər növündə cəzanın icrasının təşkili, bu sahədə yeniliklər və s. barədə məlumat verilib.

Eyni zamanda, elektron nəzarət vasitələri əyani nümayiş etdirilməklə, bu avadanlığın təyinatından, onun tətbiqi təcrübəsindən bəhs olunub.

Probasiya xidmətinin fəaliyyəti, o cümlədən elektron qolbaqların tətbiqi iştirakçılar tərəfindən maraqla qarşılanıb, faydalı fikir mübadiləsi aparılaraq professor-müəllim heyətinin və tələbələrin suallarına aydınlıq gətirilib.

Görüşdə həmçinin, əlamətdar yubiley münasibətilə Universitetin kollektivi təbrik olunaraq uğurlar arzulanıb, hüquqşünas tələbələr ədliyyə orqanlarında ölkə Prezidentinin çağırışı ilə geniş vüsət alan könüllü fəaliyyətə dəvət ediliblər.

Femida.az

Açar sözlər: #hüquq   #tələbə   #probasiya   #ədliyyə  

Oxunub: 2964