Vilayət Eyvazov cinayətkarlıqla mübarizədə əldə edilmiş müsbət nəticələrdən danışdı


16:33     30 Noyabr 2019 2019/11/83AC1915-A1AB-427F-91B3-82D11623DA01_1575117285.jpeg

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov polisin fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar müraciət etmiş vətəndaşları qəbul etmək üçün noyabrın 29-da Sumqayıta səfəri çərçivəsində nazir DİN Daxili Qoşunlarının bu şəhərdə yerləşən hərbi hissəsində də olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, general-polkovnik V.Eyvazov nazir müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun müşayiəti ilə hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, həmçinin silah təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə yaxından tanış olub.

Sonra sıra meydanında düzülmüş şəxsi heyət qarşısında çıxış edən Daxili İşlər naziri V.Eyvazov müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı problemlər, torpaqlarımızın işğalı, ulu öndərin ali hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş müsbət nəticələr barədə məlumat verib.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin respublika DİN-in və onun ayrılmaz hissəsi olan Daxili Qoşunların ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizənin səmərəli təşkilində, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan və vətəndaş hüquq və azadlıqlarının təminində rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini vurğulayan nazir, daxili işlər orqanlarının zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirildiyini, müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunduğunu, xidmət şəraitinin ilbəil daha da yaxşılaşdığını bildirib.

Hərbi qulluqçulara tapşırıq və tövsiyələrini verən nazir Vilayət Eyvazov əmin olduğunu bildirib ki, şəxsi heyət göstərilən ali diqqət və qayğıya cavab olaraq sabitliyin, əmin-amanlığın etibarlı qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz nümunəvi xidmətləri ilə cavab verəcək, qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 525