Bakıda keçiriləcək Avropa çempionatı oyunların təqvimi müəyyənləşdi


18:59     30 Noyabr 2019 20_01_25_1579947703.jpg


AVRO-2020-də Bakıda keçiriləcək oyunların təqvimi müəyyənləşib.


Femida.az-ın məlumatına görə, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

Qeyd edək ki, AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #UEFA  

Oxunub: 681