AVRO-2020-nin püşkü atılıb


19:39     30 Noyabr 2019 20_01_25_1579947932.jpg


Rumıniyanın paytaxtı Buxarestdə 2020-ci il Avropa çempionatının püşkatma mərasimi baş tutub.


Femida.az-ın məlumatına görə, püşk nəticəsində AVRO-2020-nin qruplarının tərkibi müəyyənləşib.

Bədii hissənin ardından aparıcılar səhnəyə çıxıblar. AVRO-2020-nin rəsmi saundrekini ifa edəcək Martin Qarriks təqdim olunub. Ardından çempionata ev sahibliyi edəcək şəhərlər və nüfuzlu yarışa vəsiqə qazanmış komandalarla bağlı təqdimat videosu nümayiş etdirilib.

Rikardu Karvalyu və Joau Mariu AVRO-2020-nin qalibinə verilən Anri Delone kubokunu səhnəyə gətiriblər.

Püşkün nəticələri belə olub:

A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə
B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya
C qrupu: Hollandiya, Ukrayna, Avstriya, A və ya D Liqasının qalibi
D qrupu: İngiltərə, Xorvatiya, C Liqasının qalibi, Çexiya
E qrupu: İspaniya, İsveç, Polşa, B Liqasının qalibi
F qrupu: D Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya

Amin Nəzərli

Femida.az

Açar sözlər: #UEFA  

Oxunub: 791