Balakən sakinləri dəm qazından və qidadan zəhərlənib


09:19     01 Dekabr 2019 19_12_01_1575177636.jpg

Balakəndə bir nəfər dəm qazından, daha bir nəfər isə qidadan zəhərlənib.


Femida.az -ın məlumatına görə, ötən gün axşam saatlarında rayonun Qazbinə kənd sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Yaşaq qızı Qasımova yaşadığı ünvanda vanna otağında dəm qazından, Mahmalar kənd sakini, 1996-cı il təvəllüdlü Aytəkin Bayram qızı Göylərova isə qidadan zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Hər iki şəxsin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Həkimlərin müdaxiləsindən sonra Ş. Qasımova və A. Göylərovanın vəziyyətləri stabilləşib.

Açar sözlər:

Oxunub: 450