Ova gedən Bərdə sakini özünü güllələdi


11:27     01 Dekabr 2019 19_12_01_1575185256.jpg

Bərdə rayonunda ova gedən şəxs özünə xəsarət yetirib.
Femida.az xəbər verir ki, hadisə rayonun Zümürxan kəndində qeydə alınıb.

Kənd sakini Şakir Əliyev özünə məxsus qanunsuz silahla ov edən zaman açılan atəş nəticəsində yaralanıb. Ş.Əliyev Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanalarının birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 595