Mənzil sahələri necə hesablanır? - QAYDALAR


10:05     02 Dekabr 2019 19_12_02_1575266717.jpg

Femida.az hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə təqdim etdiyimiz mövzu mənzil sahələrinin necə hesablanması qaydası ilə bağlıdır.

Çox zaman alqı-satqı və söküntü işləri zamanı bu sahədə müəyyən anlaşılmazlıqlar olur.

Mövzu ilə bağlı saytımıza açıqlama verən hüquqşünas Yalçın Hacızadə bildirib ki, mənzil sahələri əsas və yardımçı sahələrə ayrılır. Əsas və yardımçı sahələrin hesablanması əmsalının fərqli olmasına baxmayaraq, mənzillər satılan zaman mənzilin bütün sahəsini 1/1 əmsalı ilə hesablanır. Halbuki, bu düzgün deyil. Mənzil, vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin də (balkon və ya eyvanlar istisna olmaqla) daxil olduğu yaşayış sahəsinin bütün hissələrinin məcmusundan ibarətdir.





Şəhərsalma və Tikinti Məcəlləsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının habelə, balkonların məhəccərlərinin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Mənzillərin sahəsinin hesablanması (əmsallaşdırılması) qaydası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07nömrəli qərarında daha açıq və aydın şəkildə göstərilmişdir. Həmin qərara görə mənzillərin sahəsi bayır divarlarının daxilindən ölçülür. Həmçinin, yaşayış binasında olan divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, mənzillərin sahəsi hesablanan zaman bayır və mənzilin daxilində olan divarlar, otaqların və digər istifadə yerlərinin ölçüsü plintuslar nəzərə alınmadan ölçülməlidir. Bununla yanaşı mənzillərin ümumi sahəsi hesablanan zaman balkon və terrasların sahələri - 0,3 azaltma əmsalı ilə hesablanmalıdır. Yəni, balkon faktiki olaraq 9 kv metrdisə (9/0,3 əmsalı ilə) 3 kv metr hesablanmalıdır. Həmçinin, balkonun da divarı və ya məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmalıdır.



Miri Məcidli
Femida.az

Açar sözlər: #hüquqi_yardım   #xəbərlər   #hadisə  

Oxunub: 946