Əli Əhmədov: "Məhkəmə-hüquq sahəsində ciddi islahatlar həyata keçirilir"


10:15     02 Dekabr 2019 2019/02/eli-ehmedov_1549364086.jpg

"Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə genişmiqyaslı islahatlar həyata keçirilir. Məqsəd Azərbaycanın bütün sahələrini inkişafın keyfiyyətcə yeni mərhələsinə gətirib çıxarmaqdır".


Femida.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - İcra katibi Əli Əhmədov REAL TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda aparılan islahatlar Azərbaycan hakimiyyətinin 3 qolundan ikisini əhatə edib: "İcra hakimiyyəti qolu islahatlara cəlb olunub. 2-ci qol - Məhkəmə-hüquq sahəsində ciddi islahatlar həyata keçirilir və bundan sonra da həyata keçiriləcək. Söhbət Azərbaycanın məhkəmə sisteminin təkmilləşdirilməsi və müasir dünyanın dəyərləri sisteminə üzvi surətdə bağlanmasını təmin etməkdən gedir. 3-cü qol isə qanunverici hakimiyyətdir. Mən əminəm ki, islahatlar hakimiyyətin hər üç sahəsini əhatə edəcəkdir".

Femida.az

Açar sözlər: #YAP   #Məhkəmə-hüquq  

Oxunub: 468