Evi əlindən alınan sənətçi: Ali məhkəmə vicdanlı qərar çıxardı


10:56     02 Dekabr 2019 2019/12/1563086279_1562921101_567_1575269855.jpg

Ali məhkəmə vicdanlı qərar çıxardı. Qeyd etdi ki, mən vicdanlı alıcıyam.


Femida.az xəbər evrir ki, bunu tədbirlərin birində Oxu.Az-ın əməkdaşı ilə söhbətində “Bu şəhərdə” yumortistik teatrının ssenari müəllifi Müşfiq Abbasov bildirib.

O, məhkəmənin çıxardığı qərardan razı qalsa da, evini hələ də qarşı tərəfdən tam ala bilmədiyini dilə gətirib:

“Əmlak komitəsinin mənə verdiyi çıxarış təsdiqlədi. Notarius tərəfindən alqı-satqı təsdiqləndi və yönləndirildi. Xala və bacıqızı öz aralarında məsələlərini həll edəcəklər. Apellyasiya Məhkəməsinin qərarını gözləyirik.

Mənə evi satan Gülrux Həsənova deyir ki, sənədlə evi şəffaf şəkildə satmışam, xala isə deyir ki, bacım qızı yalan danışır, o, dələduzdur. Sənədləri saxtalaşdıraraq evi satıb. Bunların isə mənə aidiyyəti yoxdur, çünki dövlət mənə zamin olub. Əmlak Komitəsi adıma çıxarış verib, 5 saylı Dövlət Notariat Kontoru həmin alqı-satqını təsdiqləyib”.

Müşfiq Abbasov Apellyasiya Məhkəməsinin bir aydan sonra çıxaracağı qərarı gözlədiyini söyləyib:

“Ümid edirəm ki, bir aydan sonra bu məsələlər yekunlaşacaq. Apellyasiyanın qərarını gözləyirəm. Amma ehtimal var ki, Apellyasiya Məhkəməsinin çıxardığı qərardan sonra yenidən iş Ali Məhkəməyə yönləndirilsin”.

Qeyd edək ki, Müşqiq Abbasov şəxsi “Instagram” hesabında bir müddət öncə üzləşdiyi problemi bu cür şərh etmişdi:

“Sən demə, mənim 2013-cü ildə Gülruxdan aldığım evin sənədləri saxta imiş. Həmin evi Mehribanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə, öz baldızı qızı Gülruxun adına alıb. Alandan üç il sonra Taleh ölüb. Ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib.

Mənim nə günahım var? Bu alqı-satqını 5 saylı Dövlət Notariusu təsdiqləyib və sonra Dövlət Əmlak Komitəsi ona əsasən mənə çıxarış verib. İndi altı ildən sonra hakim deyir ki, evi qaytar”.

Femida.az

Açar sözlər: #Məhkəmə   #Hakim  

Oxunub: 588