Bakıda kafedə silahlı insident olub, saxlanılanlar var
11:42 02 Dekabr 2019
Bakıda kafedə silahlı insident olub.
Femida.az -ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Günəşli” kafesində qeydə alınıb.
Polisə adıçəkilən kafedə silah təqbiq edilməsi barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal əraziyə əməliyyat qrupu çıxıb. Araşdırmalar zamanı müəyyən edilib ki, bir qrup şəxs ictimai qaydanı kobud sürət pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edən, silah tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunmaqla xuliqanlıq ediblər.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, saxlanılanlar var.
Femida.az
Oxunub: 495
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb